"31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunmuş dəyirmi masa keçirildi

    Martın 29-da məktəbimizin tarix müəllimi Sevinc Ağayeva  8 “A” sinif şagirdləri ilə "31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunmuş  dəyirmi masa keçirildi. Himn, soyqırım qurbanlarını anma üçün bir dəqiqəlik sükut və soyqırımı əks etdirən videosüjetlə başladı. Dəyirmi masanın  müzakirələrində məktəbin direktoru Sevinc Budaqova və təşkilatçı müavin Validə Sarıyeva da yaxından iştirak etdilər. Müəllimlə diskussiya aparan 8 “A” sinif şagirdləri 31 mart soyqırımının səbəbləri, gedişi, acı nəticələri ilə bağlı fikirlərini, inşa yazılarını, referatlarını, rəsm nümunələrini nümayiş etdirdilər, şeirlər söylədilər. Tədbir sonda vətənpərvərlik mövzusunda musiqi ilə başa çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi