Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirildi

      Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! “Novruz” sözünün mənası “Yeni gün” deməkdir. “Yeni gün”ün gəlişini bir sıra türk xalqları adət-ənənələrə sadiq qalaraq qeyd edirlər. Bizim məktəbin şagird, müəllim, valideyn kollektivi də bu “Yeni gün”ü xüsusi hazırlıqlarla qarşıladı.

     Martın 19-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbirində iştirak etdilər. Tədbir çox rəngarəng və maraqlı keçdi. Şən mahnılar, bayram təbrikləri bir-birini əvəz etdi.

     Kollektivimiz adından xalqımızı bu bayram münasibətilə ürəkdən təbrik edir, xalqımıza əmin-amanlıq və xoşbəxtlik diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi