Novruz Bayramı

    Martın 18-də  Azərbaycan xalqının milli adət ənənələrindən biri olan "Novruz Bayramı" ilə bağlı məktəbimizdə 3 "B" sinif şagirdlərinin sinif rəhbəri Afət Əliyevanın təşkilatçılığı ilə tədbiri keçirildi. Şagirlər öz gözəl çıxışlarıyla həm valideyinlərini, həm də məktəbin müəllim və şagird kollektivini heyran etdilər. Şagirdlər yazın gəlişinə aid gözəl şeirlər söylədilər, şən mahnılar səsləndirdilər. Tədbir Kosa və Keçəlin çıxışlarıyla sona yetdi.

    Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktoru müavini Lalə Ələkbərova müəllim kollektivini, şagirdləri və valideyinləri qarşıdan gələn Bahar bayramı münasibətiylə təbrik etdi. Tədbirin təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi