“Ədəbiyyatda ana obrazı”movzusunda tədbir keçirildi

        Martın 15-də məktəbdə “Ədəbiyyatda ana obrazı” mövzusuna tədbir keçirildi. Tədbirin təşkilatçısı məktəbin rus dili və ədəbiyyat müəllimi Nigar Atayevadır. Ədəbi-bədii kompazisiya əsasında təşkil edilmiş tədbirdə 5 və 6-cı sinif şagirdləri iştirak edirdi. Şagirdlərin ifasında Azərbaycan, rus və xarici ölkə şairlərinin və ədiblərinin ana haqqında yazdıqları şeir, hekayə və povestlərindən parçalar dinlənildi, mahnılar səsləndirildi və videoçarxlar nümayiş etdirildi.Tədbirdə şair Elaza Babayeva və Rafiq Kaşanlı, valideynlər və şagirdlər iştirak etdilər.

        Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış etdi, şagirdləri təbrik etdi və bildirdi ki, bu kimi tədbirlər şagirdlərdə bədii ədəbiyyata olan həvəsi artırır, mütaliə vərdişlərini inkişaf etdirir.

        Tədbirdə iştirak edən qonaqlar da şagirdləri təbrik etdilər və ana haqqında yazdıqları öz şeirlərini oxudular. Şairə Elaza Babayeva öz kitablarını məktəbin kitabxanasına hədiyyə verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi