“8 mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir

     Qadınlar həyatın mənasıbəzəyi  əbədi gözəlliyidir

     Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

    Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”

    Bununla da əlaqədar olaraq, martın 7-də məktəbin 2 “C” sinif şagirdləri, sinif rəhbərləri Tatyana Mustafayevanın rəhbərliyi altında 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə bayram tədbiri keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdi. Şagirdlər 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti müxtəlif şeirlər söyləyib, mahnılar oxuyub, müxtəlif səhnəciklər, rəqslər göstəriblər. Öz əlləri ilə hazırladıqları hədiyyələri müəllimlərə və analarına təqdim ediblər. Müəllimlər və valideynlər üçün hazırlanmış videoçarxlar onlara əsl sürpriz oldu.

    Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova 8 Mart Qadınlar bayramı münasibəti ilə bütün qadınları təbrik edərək onlara işlərində uğurlar və can sağlığı arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi