"Təbiəti qoruyaq, yaşıllığı sevək!" mövzusunda tədbir keçirildi

      Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək məqsədi ilə martın 1-də məktəbimizdə 4 “B” sinif şagirdləri və sinif rəhbərləri Sevinc Babayevanın rəhbərliyi ilə "Təbiəti qoruyaq, yaşıllığı sevək!" mövzusunda ədəbi-bədii tədbir keçirildi.

       Tədbirdə şagirdlər şair və yazıçıların təbiət haqqında yazdıqları şeir və hekayələrdən seçilmiş parçalar söylədilər və “Bağban” səhnəciyini göstərdilər.

       Eyni zamanda, şagirdlər təbiət mövzusuna həsr edilmiş rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

       Tədbirdə şagirdlərin ifasında milli rəqs və Azərbaycanın dilbər guşələrinə həsr edilmiş mahnılar səsləndirildi.

       Tədbirin sonunda məktəbin  direktoru Sevinc Budaqova çıxış etdi. Şagirdlərin toxunduqları bu aktual məsələ ilə bağlı şagirdləri təbrik etdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi