“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin maarifləndirmə tədbiri keçirildi

    Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərcell şirkətinin dəstəyi ilə Ümidli Gələcək GİB-nin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin martın 1-də məktəbimizdə “Ümidli Gələcək” Gənclər İctimai Birliyi, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin icraçı direktoru Kəmalə Aşumova, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin koordinatoru Gülşən Axundovanın iştirakı ilə V-X sinif şagirdləri arasında görüş keçirildi.

    Görüş zamanı şagirdlərə xəttin iş prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat verildi. Sonda şagirdlərə Qaynar Xəttin maarifləndirici materialları təqdim edildi.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi