“Krılovun təmsilləri” adlı müsabiqəsi keçirildi

Fevral 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə rus yazıçısı, təmsilçi, jurnalist İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibəti ilə “Krılovun təmsilləri” adlı müsabiqəsi keçirildi. İlk əvvəl tədbir iştirakçılarına kitabxana haqqında geniş məlumat verildi, sonra isə onlar öz yaradıcılığı ilə sevilən İvan Andreyeviç Krılov haqqında təşkil olunmuş kitab sərgisi ilə tanış oldular. Kitabxanada keçirilən tədbir İvan Andreyeviç Krılovun həyat və yaradıcılığı barədə dolğun məlumat verən video-slaydın nümayişi ilə başladı.
Bu tədbirdə bizim məktəbin şagirdləri məktəbin rus dili və ədəbiyyat müəllimi Nigar Atayevanın rəhbərliyi altında iştirak etdilər. Müsabiqədə hər məktəb komanda şəklində yarışırdı. Müsabiqə iki mərhələdən ibarət idi. İlkin mərhələdə komandalar, Krılovun təmsillərində olan personajları canlandırdılar. Sonuncu mərhələdə isə Krılovun şeirləri səsləndirildi. Sonra, viktorina keçirildi. Münsiflər heyətinin qərarı əsasında, 1-ci yerə 46 saylı tam orta məktəb layiq görüldü.
Tədbirin sonunda, iştirakçı uşaqların hər birinə kitabxana tərəfindən uşaq jurnalı hədiyyə edildi.