“Milli ailə dəyərlərimiz” mövzusunda tədbir keçirildi

Fevralın 27-də məktəmizdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən “Milli ailə dəyərlərimiz ” mövzusunda tədbir keçirildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayonu Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva məktəbin rəhbərliyi, valideynlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Gülarə Verdiyeva qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələri yaşatmalı, övladları milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da gənclərin xalqın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır.
Tədbirdə çıxış edənlər müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs etdilər.