Xocalı soyqrımı

Məktəbimizin Azərbaycan-dili və ədəbiyyat müəlimi İlamə xanim 26 fevral tarixində məktəbimizin akt zalında "Xocalı qan yaddaşımızdır" mövzusunda tədbir təşkil etmişdi. Həmin tədbirdə məktəbimizin 5A sinfi fəal iştirak etmişdir. Bu siniflə yanaşı 8B,9A,10A,11A sinifləri də tədbirin təşkilinə yaxından köməklik göstərmişdilər. Tədbir ilk öncə Azərbaycan dövlət himni ilə açıq elan olundu. İlhamə müəllimin çıxışından sonra şagirdlər Elçin Hüseynbəylinin "Firuzə qaşlı xəncər" əsərini tamaşaçıya nümayiş etdirdilər. Daha sonra uşaqlar Xocalı faciəsinə aid şeirlər söylədilər. Çingiz Mustafayevin tarixi xroniksı, həmçinin məktəbimizin 10B sinif şadirdi Mirzəzadə Mirmövsümün şəxsən lentə aldığı "Xocalıya ədalət" videoroliki nümayiş olundu. Bundan başqa məktəbimizim özfəaliyyət dərnəyi şagir, müəllim və qonaqlar darşısında çıxıç etdilər. Səhnədə çıxış edən şagirdlərin Xocalı soyqrımı haqqında daha ətraflı məlumat verməsi sayəsində bu haqda hələ az məlumatı olan azyaşlı şagirdlərin də erməni qəddarlıqları, vəhşilikləri haqqında daha geniş informasiyaya sahib olmalarına köməklik göstərdilər. Və sonda məktəbin direktoru Sevinc xanim Budaqovanın da bu genosid haqqında çıxışından sonra tədbir sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi