"Xocalı faciəsi-20ci əsrin ən dəhşətli faciəsidir"

Məktəbimizin Azərbaycan-dili və ədəbiyyat müəlimi Fatima Quliyeva və tarix müəlimləri Valeriya Karpuxina və Marina Səfərova 25 fevral tarixində məktəbimizin akt zalında "Xocalı faciəsi-20ci əsrin ən dəhşətli faciəsidir" mövzusunda tədbir təşkil etmişdi. Həmin tədbirdə məktəbimizin 6C, 8C, 11A sinfi fəal iştirak etmişdir. Tədbir ilk öncə Azərbaycan dövlət himni ilə açıq elan olundu. Fatma müəllimin və Valeriya müəllimin çıxışından sonra şagirdlər faciənin qurbanlarını 1 dəqiqəlik sükutla yad etdilər. Daha sonra uşaqlar Xocalı faciəsinə aid şeirlər söylədilər. Çingiz Mustafayevin tarixi xroniksı nümayiş olundu. Bundan başqa məktəbimizim özfəaliyyət dərnəyi şagird, müəllim və qonaqlar darşısında çıxış etdilər. Səhnədə çıxış edən şagirdlərin Xocalı soyqrımı haqqında daha ətraflı məlumat verməsi sayəsində bu haqda hələ az məlumatı olan azyaşlı şagirdlərin də erməni qəddarlıqları, vəhşilikləri haqqında daha geniş informasiyaya sahib olmalarına köməklik göstərdilər. Və sonda məktəbin direktoru Sevinc xanim Budaqovanın da bu genosid haqqında çıxışından sonra tədbir sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi