İlk dərslər Xocalı soyqırımına hərs olundu

Azərbaycan Respublikası Təhsil nazirinin 12.02.2019-cu il tarixli F-78 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.02.2019-cu il tarixli F-98 nömrəli “Təhsil müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsi barədə” əmrinin icrasını təmin etmək, ölkəmizin müstəqilliyi uğurunda canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hissini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə fevral ayının 26-da ilk dərslər Xocalı soyqırımının iyirimi yeddinci ildönümünə həsr edildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin müəllimləri Xocalı soyqırımı, erməni vəhşiliyi haqqında şagirdlərə ətraflı məlumat verdilər. Şagirdlər Xocalı soyqırımına aid şeirlər səsləndirdilər, hazırladıqları təqdimatları oxudular.