"Dilimiz, vətənimiz, qeyrətimiz"

Məktəbimizin Azərbaycan-dili və ədəbiyyat müəllimi İradə Ağayeva Nəriman Nərimanovun xatirə muzeyində "21 Fevral Beynəlxalq Ana dili günü" münasibəti ilə "Dilimiz, vətənimiz, qeyrətimiz" adlı seminar tədbir təşkil etmişdir.Tədbirin əsas məqsədi Azərbaycan dilinin gözəlliyi və zənginliyindən, keçdiyi inkşaf yolundan danışmaq, şagirdlərə Ana dilimizin saflığı zənginləşdirilməsi və qorunması uğrunda görkəmli dilçi alimlər, ziyalılar və dövlət xadimlərimizin apardığı mübarizədən danışmaq, dilimizi qorumağın vətəndaşlıq borcu olduğunu bir daha şagirdlərin nəzərinə çatdırmaq idi. Ağayeva İradə "Dilimiz, vətənimiz, qeyrətimiz" adlı məruzə ilə çıxış etdi. Muzeyin elmi işçisi Qəhrəmanova Rəna şagirdlərə "Nərimanov və ana dili" haqqında ətraflı məlumat verdi. Sonda şagirdlər "Nəriman Nərimanov" adlı sənədli filmə tamaşa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi