21 fevral-Beynəlxalq Ana Dili Günü

     Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

    Bununlada əlaqədar olaraq məktəbimizin kitabxanasında 2 “A” sinif şagirdləri və sinif rəhbəri Aytəkin Xudafərimovanın təşkilatçılığı ilə tədbir keçirildi.         

    Tədbirdə məktəbin direktoru Sevinc Budaqova və təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova iştirak etdilər.

    Tədbir Azərbaycan Dövlət Himni ilə başlandı, sonra şagirdlər B. Vabazadənin “Ana dili”,  “Ana dilim”  şeirini söylədilər, mahnılar ifa etdilər.

     Sonda şagirlər məktəbin kitabxanası ilə bir daha yaxından tanış oldular. Onlar  burada  kitablar haqqında ətraflı məlumat  aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi