9-cu sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi

      Fevralın 15-də məktəbimizdə 9-cu sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi. İclasda məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov, təşkilatçı müavin Validə Sarıyeva, fənn müəllimləri, sinif rəhbərləri və valideynlər iştirak etdilər.

     Məktəbimizin direktoru Sevinc Budaqova buraxılış imtahanlarının mahiyyəti, strukturu və yeni qaydalar ilə bağlı valideynlərlə maarifləndirici söhbətlər apardı.

     İclasın əsas məqsədi təhsilin səviyyəsini yüksəltmək, uşaqların bilik və bacarıqlarını qiymətləndirmək, zəif oxuyan uşaqlarla hansı işlərin görülməsini müzakirə etmək və il ərzində nəzərdə saxlamaqdan ibarət idi.

      Sonda valideynlərin verdiyi suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi