“İslam dini humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dinidir” adlı tədbir keçirildi

     Fevralın 12-də  məktəbimizdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib.

     Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma  şöbəsinin müdiri Elnarə Kərimova, məktəbin direktoru Sevinc Budaqova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Sevinc Budaqova şagirdlərin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərimizə bağlı, təhsilli və savadlı yetişdirilməsinin prioritet məsələlərdən olduğunu bildirib. Qeyd edib ki, gələcəyimizin bünovrəsini təşkil edən şagirdlərin radikal meyillərdən qorunmaları üçün belə filmlərin nümayişi təqdirəlayiqdir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma  şöbəsinin müdiri Elnarə Kərimova çıxış edərək, radikal dini meyillər haqqında şagirdlərə məlumat verib. O bildirib ki, şagirdlərin əsas vəzifəsi yüksək səviyyəli təhsil alaraq, vətənə və dövlətə layiqli vətəndaş olmalarıdır. Vətən sevgisi, dinin düzgün təbliği, İslam dininin sülh əmin-amanlıq dinin olduğu haqqında ətraflı danışdı.

    Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi