"Velosiped sür, hərəkətə sən də qoşul" layihəsi start götürüb

     Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası,“Gənc Velosipedçilər” İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyi ilə "Velosiped sür, hərəkətə sən də qoşul" layihəsi start götürüb. Bununla əlaqədar olaraq fevral ayının 6-da məktəbimizdə “Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları” adlı seminar-təlim keçirildi. Seminar-təlim Respublika Olimpiya Velosiped məktəbinin direktor müavini Cavid Allahverdiyev tərəfindən aparıldı.

     Seminarda təlimata uyğun olaraq V-VIII sinif şagirdləri iştirak etdilər. Seminar-təlim zamanı şagirdlərə velosiped idmanı haqqında ətraflı məlumatlar verildi, şagirdləri maraqlandıran suallar cavablandırıldı.Ən maraqlı suallarla çıxış edən şagirdlərimizə kitab hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi