Rus bölməsində Azərbaycan dili fənn aylığı keçirildi

      Məktəbimizdə rus bölməsində “Azərbaycan dili” aylığı keçirildi.

      Məqsəd şagirdlərdə Azərbaycan dilinə olan marağı və məsuliyyəti artırmaq, düzgün yazı və tələffüz bacarıqlarını aşılamaqdır. Məktəbimizin Azərbaycan dili müəllimlərinin iştirakı ilə bütün siniflərdə yazı işləri aparıldı, nəticələr yoxlanıldı.

     Bu gün yanvarın 22-də konfrans zalında fənn aylıq komissiyasının üzvləri, məktəbin rəhbərliyi və şagirdlər ilə iclas keçirildi.

    İclasda şagirdlər tərəfindən buraxılan xarakterik səhvlər müzakirə edildi. Şagirdlərin müxtəlif mövzularda hazırladıqları referatlar dinlənildi və müəllimlərin Azərbaycan dilinin saflığı və şəffaflığının qorunub saxlanılması ilə bağlı müxtəlif mövzularda hazırlandıqları pedaqoji məruzələrin müzakirələrinə yekun vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi