“31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəylik Günü” və “Yeni il” münasibətilə bayram tədbiri keçirildi

    Dekabrın 28-də məktəbimizdə “31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəylik Günü” və “Yeni il” münasibətilə ibtidai sinif müəllimi Zəminə Hüseynova və məktəbin musiqi müəllimi Kəmalə Qədimovanın təşkilatçılığı və rəhbərliyi ilə 3 “Ç” sinif şagirdlərinin iştirakı ilə möhtəşəm bayram tədbiri keçirildi.

    Tədbirdə şagirdlər səhnələşdirdikləri “12 ay” nağılın əsasında tamaşa hazırlayıb təqdim etdilər. Şagirdlər mahnılar, şeirlər söyləyib, rəqs etdilər.

    Sonda məktəbin direktoru Sevinc Budaqova tədbir iştirakçılarını “31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü” münasibəti ilə təbrik edərək valideynlərə və şagirdlərə xoş arzularını bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi