Məktəbəqədər hazırlıq sinfində tədbir keçirildi

      Dekabrın 26-da məktəbimizin məktəbəqədər hazırlıq sinfində ibtidai sinif müəllimi Ofeliya Xasayeva və məktəbin musiqi müəllimi Kəmalə Qədimovanın rəhbərlikləri altında “31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəylik Günü” və “Yeni il” münasibətilə bayram tədbiri keçirildi.
      Tədbirdə şagirdlər səhnələşdirdikləri “Ağbəniz ve yeddi cirtdan” nağılın əsasında tamaşa hazırlayıb təqdim etdilər. Şagirdlər mahnılar, şeirlər söyləyib, rəqs etdilər.
      Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova tədbir iştirakçılarını “31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü” münasibəti ilə təbrik edərək valideynlərə və şagirdlərə xoş arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi