“15 il bizimlə” adlı tədbir

    Dekabrın 24-də General-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin doğum günü münasibətilə “15 il bizimlə” adlı tədbir keçirildi.

   Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin müavini Gülarə xanım Verdiyeva, 1,8 və 46 nömrəli tam orta məktəb direktorları, şagirdləri, müəllimləri  və valideyinləri iştirak etdilər.

   Tədbirdə şagirdlər mahnı oxuyub, şeirlər söylədilər, məktəbimizin şagirdlərinin ifasında rəqslər nümayiş olundu.

   Sonra şagirdlər 15 ildə ölkədə görülən işlər haqqında məruzə etdilər, Azərbaycan Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi