“Maddənin aqreqat halları” mövzusunda “Açıq dərs”

     Dekabrın 20-də məktəbin fizika müəllimi Solmaz Ulubəyovanın 6 “B” sinfində “Maddənin aqreqat halları” mövzusunda “Açıq dərs”i keçirildi. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov iştirak etdi. Dərsin məqsədi maddənin atom və molekullardan ibarət əlaqəli sistem olduğunu və maddələrin aqreqat hallarını fərqləndirən keyfiyyətləri aşılamaq oldu. Araşdırmalar vasitəsilə şagirdlər qaz, maye, bərk maddələrin xassələrinin fərqli və oxşar xüsusiyyətləri ilə tanış oldular. Onlar maddənin aqreqat hallarının müxtəlifliyi molekulların düzülüşü, hərəkətləri və qarşıqlı təsirin xarakterləri ilə əlaqədar olduğunu öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi