Bakı Fransız Liseyi Təhsil Kompleksi ilə əməkdaşlıq

       Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəblə Bakı Fransız Liseyi Təhsil Kompleksi arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə dekabrın 17-də bizim məktəb liseyə dəvət edildi. Burada məqsəd iki məktəb arasında kı əmədaşlığı inkişaf etdirmək, şagirdlərin bir biri ilə ünsiyyəti və əlaqəsini genişləndirmək, biri-birindən öyrənməkdir. 
   Bu tədbirdə məktəb direktoru Sevinc Budaqovanın rəhbərliyi ilə məktəbimizin şagirdləri və fransız dili müəllimləri iştirak edirdi. Bizim kollektivi Bakı Fransız Liseyi Təhsil Kompleksinin direktoru Filip Siro, Bakı Fransız Liseyi Təhsil Kompleksi meneceri Mirsahib Musayev,pedaqoji və şagird kollektivi yüksək səviyyədə qarşıladılar. Şagirdlərimizi liseylə yaxından tanış etdilər, liseyin uğurları, təhsilin keyfiyyəti və şagirdlərin nailiyyətləri haqqında məlumat verdilər. Lisey şagirdləri əl işləri və eyni zamanda dərs prosesi ilə yaxından tanış oldular. 
   Ümumi tanışlıqdan sonra liseyin akt zalında “31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirildi. Fransa dövlətinin Səfiri xanım Oreliya Buşez iştirak edirdi. Bizim məktəbin öz fəaliyyət və xor kollektivi liseyin qonaqları, müəllim və şagird kollektivi qarşısında çıxış etdilər.     
    Şagirdlərimizin çıxışı onların çox xoşuna gəldi və bizim kollektivə minnətdarlığını bildirdilər.
    Şagirdlərimiz fransız liseyində oxuyan şagirdlərlə ünsiyyət yaratdılar və bu əməkdaşlığın davam etdirilməsi məqsədi ilə onları məktəbimizə dəvət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi