"Sən elə bir zirvəsən..." adlı tədbir keçirildi

     Dekabrın 12-də məktəbimizin ibtidai sinif müəllimi Sevinc Babayevanın rəhbərliyi ilə 4 “B” sinif şagirdləri Ulu Öndər  Heydər Əliyevin anım gününə həsr edilmiş  "Sən elə bir zirvəsən..." adlı tədbir keçirildi. Tədbir himnin səslənməsilə başlandı, sonra isə dahi lider 1 dəqiqəlik sükutla yad edildi. Ümummilli liderin həyat və yaradıcılığından bəhs edən film göstərildi. Filmdən sonra şagirdlərin dahi liderə həsr etdikləri şeirlər səsləndi.

     Tədbirin sonunda çıxış edən məktəbimizin direktoru Sevinc Budaqova Ulu Öndər Heydər Əliyevin siyasi həyatı və onun Azərbaycan xalqı üçün gördüyü saysız-hesabsız xidmətlərdən danışdı və şagirdlərimizin də bu istiqamətdə ətraflı məlumatlanmasını xüsusi qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi