Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dərs

      Dekabrın 12-də yəhudi siniflərində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Açıq dərs” keçirildi.

“Açıq dərs” əsnasında Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Dərsin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səslənib. İbtidai sinif müəllimi Nigar Aslanova  Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdi. Şagirdlərə Ulu Öndər Heydər Əliyev haqqında slayd, və videoçarx təqdim olundu.Tədbirin sonunda Leyla Əliyevanın sözlərinə bəslənilmiş mahnı dinlənilib və Ulu Öndərin Heydər Əliyevin xatirəsinə bir dəqiqəlik sükut ilə yad edilib.

      Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova tədbir iştirakçılarına müstəqil dövlət banisi olan Heydər Əliyev haqqında bəhs edib və fəxr hissi ilə Heydər Əliyevin xalqına göstərdiyi sevgi və qayğıdan danışıb.

      Yəhudi siniflər üzrə direktor müavini və təşkilatçı Ora Xana İsayeva öz dərin təşəkkürünü bildirərək qeyd edib ki, 1994-cü ildə Heydər Əliyev Azərbaycan Yəhudi icmasını dəstəkləyərək 46 nömrəli tam orta məktəbin nəznində yəhudi siniflərin yaranması üçün göstəriş verməsini vurğulamışdır və Ümummilli Liderin əbədi olaraq hər kəsin ürəyində həkk olunduğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi