“Valideynlərin məktəbdə bir günü” layihəsi

      Noyabrın 23-də “Valideynlərin məktəbdə bir günü” layihəsi çərçivəsində məktəbdə “Açıq qapı” günü keçirildi.
      Tədbirdə 80-nə yaxın valideyn, Nəsimi rayon məktəb direktorları, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev, Təlimə dəstək mərkəzinin nümayəndəsi Yeganə Abdullayeva iştirak etdilər.
     Tədbir məktəbin xor kollektivinin ifasında “Azərbaycan” mahnısı ilə başladı. Sonra məktəbin direktoru Sevinc Budaqova 17 sentyabr-23 noyabr 2018-ci il müddətində məktəbdə görülmüş işlər haqqında hesabat verdi, ekranda görülmüş işlərin və keçirilmiş tədbirlərin şəkilli fraqmentlər nümayiş etdirildi. Gələn nümayəndələr valideynlərin suallarını cavablandırdılar. Sonra valideynlər müəllimlər ilə görüşüb öz övladlarının təhsili və tərbiyəsi ilə maraqlandılar. Onlar müəllimlərlə söhbət edərək uşaqların təhsili haqqında məlumat alır, bəzi çətinlikləri və gerilikləri aradan qaldırmaq üçün məsləhətləşmələr apardılar. Qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparıldı. "Açıq qapı" gününün keçirilməsi məktəb-şagird-valideyn üçbucağı münasibətlərini daha da sıxlaşdırır. 
    Eyni zamanda valideynlər və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri bütün fənlərdən təşkil olunmuş “Açıq dərs”lərdə iştirak etdilər.Məktəb ilə tanış oldular. Məktəbdə yeni istifadəyə verilmiş ibtidai siniflər üçün “mini idman zalı” ilə, məktəbin kitabxanası, bufeti, yəhudi mənşəli uşaqların təhsil aldığları siniflərlə tanış oldular. İbri dilinin tədrisi ilə marağlandılar.

    Valideynlər və gələn qonaqlar məktəblə ətraflı tanış olduğdan sonra məktəbin konfrans zalında Təlimə dəstək mərkəzinin “Məktəb-şagird-valideyn üçbucağı” çərçivəsində təşkil olunmuş seminarda iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi