Payız bayramı

   Noyabrın 15-də məktəbimizin ibtidai sinif müəllimi Rəna İbrahimovanın rəhbərliyi ilə 2 “D” sinif şagirdlərinin iştirakı ilə  payız fəslinə həsr olunmuş "Payız gəlir" adlı tədbir keçirildi.

    Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Uşaqlar və onların sinif müəllimləri tədbir iştirakçılarına payız fəslini özündə əks etdirən şeirlər, mahnılar söylədilər, rəqslər və müxtəlif səhnəciklər nümayiş etdirdilər. Şagirdlər müxtəlif geyimlərdə müxtəlif obrazlarla çıxış edərək tədbir iştirakçılarında xoş təəssürat yaratdılar.

    Sonda çıxış edən məktəbin təlimi tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova payız fəsli olmasına baxmayaraq belə bir rəngarəng tədbir təşkil etdiklərinə görə tədbirdə zəhməti keçən hər kəsə, xüsusən də, valideynlərə məktəb rəhbərliyi adından minnətdarlığını bildirdi və onlara işlərində müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi