Nəsimi rayonunda “12 noyabr - Konstitusiya günü” qeyd edildi

     Noyabrın 12-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına 8 saylı tam orta məktəbdə “12 noyabr-Konstitusiya günü” münasibəti ilə tədbir keçirildi.

      Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva açdı

    Tədbirdə rayon məktəblərinin yuxarı sinif şagirdləri tərəfindən ayrı-ayrı sahələr – müdafiə, hüquq-mühafizə orqanları, daxili və xarici siyasət, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sahələr üzrə Konstitusiyamızın qəbulundan sonra, xüsusi ilə son 15 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər referat – müşavirə formatında tədbir iştirakçılarına təqdim olundu. Məktəbimizin 9 “A” sinif şagirdi olan Həsənova Nuray Ombudsman Elmira Süleymanovanı təmsil edərək Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı çıxış etmiş, mövzu ilə bağlı slaydlar nümayiş olunmuşdur. Tədbirdə fəal iştirak edən bir qrup məktəbli, həmçinin Nuray Həsənova fəxri fərmanla təltif edildi.

   Tədbir bayram konserti ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi