Şagirdlərimiz internat məktəbində qonaq oldular

     Noyabrın 8-də "9 Noyabr –Dövlət Bayraq Günü" münasibəti ile əlaqədar olaraq məktəbimizin 2 “C” sinif şagirdləri sinif rəhbəri Tatyana Mustafayevanın təşəbbüsü və rəhbərliyi altında Mərdəkan qəsəbəsində yerləşən Valideyn Himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbində oldular. Uşaqları internat məktəbinin müdiri çox hörmətli, qayğıkeş Dilarə Məşədiyeva qarşıladı.Söhbət zamanı Dilarə xanım şagirdləri məktəblə,sinif otaqları və uşaqlarla tanış etdi. Şagirdlər apardıqları hədiyyələri və əl işlərini uşaqlara təqdim etdilər. Uşaqlar dövlət atributlarınız, xüsusən də bayraq haqqında verilən sualları düzgün cavablandıraraq, vətənə olan sevgilərinin hədsiz oldugunu bildirdilər. Uşaqların üz-gözündən yatan sevinc, təbəssüm şagirdlərimizə fərəh gətirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi