"9 Noyabr – Dövlət Bayraq Günü"

     Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

     Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı sərəncama əsasən, hər il 9 Noyabr Azərbaycanda 

Dövlət Bayrağı Günü kimi qeyd edilir.

     Bununla əlaqədar olaraq noyabrın 7-də məktəbimizin məktəbəqədər hazırlıq siniflərin şagirdləri və ibtidai sinif müəllimləri Babayeva Sevinc, Xasayeva Ofeliya və Osmanova Nazilənin rəhbərliyi altında “9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirildi.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şagirdlər bayraq haqqında şeirlər söylədilər, mahnılar və rəqs ifa etdilər.

    Tədbirin sonunda şagirdlər məktəbin həyətində toplaşmış və üç rəngli şarları səmaya buraxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi