"9 Noyabr – Dövlət Bayraq Günü" nə həsr olunmuş tədbir

     Noyabrın 7-də məktəbimizin ibtidai sinif müəllimi Tatyana Mustafayevanın rəhbərliyi ilə 2 “C” sinif şagirdlərinin  “Sehirli yumaq” adlı mövzusunda tədbir keçirildi.

     Tədbirdə məktəbin rəhbərliyi, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Verdiyeva Gülarə valideynlər və müəllimlər iştirak edirdilər.

     Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı. Şagirdlər Azərbaycan və Dünya ədəbiyyatının nağıllarından təşkil olunmuş səhnəciklər göstərdilər, mahnı oxudular və rəqs etdilər. Səhnənin tərtibatı və şagirdlərin geyimləri nağıllarda olan personajlara uyğun təşkil olmuşdur.

Eyni zamanda, tədbir Bayraq Günü ilə əlaqədar təşkil olunduğu üçün şagirdlərin ifasında bayrağla bağlı şeirlər dinlənildi və bayraq səhnəyə gətirildi.

     Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış etdi. O, öz çıxışında Bayraq Günü ilə əlaqədar olaraq şagirdləri təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi