İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

    Oktaybrın 26-da məktəbimizin 9 “A” sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva ilə birlikdə Nəriman Nərimanovun xatirə-ev muzeyində müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli nasir və ssenarist, xalq yazıçısı İsa Muğannanın anadan olmasının 90 illiyinə həsr olunmuş “İsa Muğanna zirvəsi” adlı tədbirdə iştirak etmişlər.

    Tədbirdə tanınmış jurnalist, “Vahid” Ədəbi Məclisinin sədri Hacı Rafiq Əliyev, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosentləri filologiya üzrə fəlsəfə doktorları Həqiqət Abdiyeva və Sevinc Muğanna (İsa Muğannanın qızı), İsa Muğannanın nəvəsi, VII sinif şagirdi Səma Ağazadə, “Kredo” qəzetinin redaktoru, yazıçı-şair Əli Rza Xələfli, fizika-riyaziyyat elmləri namizədi Nemət Məmmədov, “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosasiyası İctimai Birliyinin instrumental ansamblının tələbələridə iştirak edirdilər.

    Muzeyin direktoru Kəmalə Hüseynova və məktəbimizin  Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva tədbiri açaraq qonaqları salamlayıb İsa Muğannanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilmiş, İsa Muğannanın vaxtilə lentə alınmış müsahibəsi və onun ssenarisi əsasında çəkilmiş filmlərdən ibarət fraqmentlərin toplandığı kiçik videoçarx tədbir iştirakçılarına təqdim edilib.

    Daha sonra 9 “A” şagirdlərinin tərtib etdiyi kompozisiya yazıçının “Zəhər” hekayəsi səsləndirilib, tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
     Yazıçının qızı Sevinc Muğanna çıxış edərək tədbir təşkilatçılarına, muzey rəhbərliyinə, bütün iştirakçılara öz təşəkkürünü bildirib, atası haqqında xatirələrini bölüşüb. 
     Sonda xatirə şəkilləri çəkilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi