“Sağlam məktəbli” adlı maarifləndirici layihə

       Oktyabrın 26-da məktəbimizdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə maarifləndirici görüş keçirildi. AQTA  qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə yaradılmış orqandır. Agentlik əməkdaşları tərəfindən “Qida təhlükəsizliyində fiziki, kimyəvi və bakterioloji çirklənmə” təqdimatı şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Qida zəhərlənmələri”, “Sudan düzgün istifadə” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb.

       Sonda mütəxəssislər tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi