18 Oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar olaraq internat məktəbində görüş

    Bu gün, 18 Oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar olaraq məktəbimizin şagirdləri, müəllimləri, valideyn komitəsinin sədri və valideynlər Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Valideyn Himayəsindən Məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinə uşaqları təbrik etmək üçün getmişlər. Bizi məktəbin direktoru hörmətli Dilarə Meşədiyeva qarşılamış və məktəblə tanış etmişdir. Eyni zamanda şagirdlərimiz qonağı olduğu məktəblilərin hazırladıqları rəsmlərdən ibarət sərgiyə tamaşa etdilər.

    Sonra məktəbimizin şagirdləri Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış etdilər. Mahnı oxuyub, şeirlər söyləyib, rəqs etdilər. Eyni zamanda da həmin məktəbin şagirdləridə çıxış etdilər.

    Tədbirin sonunda bizim məktəbin valideyni, müğənni Cavid Hüseyn öz fəaliyyət kollektivi ilə internat məktəbin uşaqlar və kollektivin qarşısında çıxış etdilər.

    Bununla internat məktəbində görüş başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi