Heydər Əliyev Mərkəzinə ekskursiya

      Oktyabrın 12-də məktəbimizin 2 “C” sinif şagirdləri sinif rəhbəri Tatyana Mustafayevanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Uşaqlar orada dünyanın hər yerində əl istehsalı olan kuklaların ekspozisiyasını ziyarət etdilər. Uşaqların diqqətini ən çox cəlb edən Azərbaycan nağıllarının milli qəhrəmanları: “Molla Nəsrəddin”, “Min bir gecə”, “Arşın mal alan” obrazlarını canlandıran tanınmış aktyor, aktrisa və rəqqasələrin maketini əks etdirən kuklalar oldu. Bələdçi uşaqları muzeydə saxlanılan milli geyimlər, qədim xalça nümunələri ilə tanış etdi. Daha sonra milli musiqi alətlərimiz olan tarın, qavalın necə səslənməsinin şahidi oldular.

     Doğma Bakımızın əsrarəngiz gözəlliyini əks etdirən rəsmlər miniatürlər uşaqların diqqətini cəlb etdi. Daha çox maraq doğuran doğma şəhərimizin harada, hansı ərazidə və necə yerləşməsini əks etdirən maket oldu.

     Bir sözlə, uşaqlar böyük təəssürat və ruh yüksəkliyi ilə qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi