"Yarım qalmış arzular"

19 yanvar tarixində məktəbimizdə 20 Yanvar faciəsinin qurbanlarını yad etmək məqsədi ilə tədbir təşkil olunmuşdu. Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Məktəbin tarix müəllimi Əliyeva Fatimatın çıxışından sonra 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Aparıcı şagirdlər tədbir boyunca 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciələri təfsilatı ilə iştirakçılara çatdırdılar. Həm Azərbaycan, həm də Rus bölməsinin şagirdləri tar və skripkanın müşaiyəti altında müxtəlf şeirlər söylədilər. Məktəbin xoru "Şəhidlər" və "Vətən səni çağırır" mahnılarını ifa etdilər. Məktəbin İbri dili tədris olunan yəhudi əsilli 8-ci sinif şagirdlərinin təqdim etdiyi "İlham və Fərizə" haqqında səhnə çox təsirli idi. 9C sinfinin şagirdi Məmmədova Dürdanənin solo ifası səhnəni tamamladı. Pantamimo səhnəsində 2 xoşbəxt balaca qızın həyətdə oynayarkən öldürülməsi səhnəsi də çox təsirli idi. Tədbirdə eyni zamanda həmin gecəni, xəstəxanaları, yaralıları, dəfnləri göstərən slayd təqdim olundu. 11A sinif şagirdi Mirzəzadə Mirmövsümün hazırladığı film də təqdim olundu. Film "Yarım qalmış arzular" adlanırdı. Tədbirin sonunda məktəbin direktoru Sevinc xanım Budaqova, Mİllixəbər.az saytının əməkdaşı Zamin Zeynal, Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev çıxış edərək şagirdlərimizi şəhidləri uca tutmağa və vətəninə, xalqına layiqli, savadlı övlad olmağa çağırdılar. Həm də məktəb rəhbərliyinin təşkilatçılğı ilə tədbirə qədər məktəbdə rəsm və inşa müsabiqəsi təşkil olunmuşdu. Həmçinin məktəbin 6A sinfində "20 Yanvar Şəidləri"nin 26-cı il dönümü ilə əlaqədar şəhidlərin xatirəsinə həsr olunmuş S.Əhmədlinin "Dərs" mətni üzrə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ağayeva İradənin açıq dərsi keçirilmişdi. Dərsdə təlim-tərbiyə üzrə direktor müavini Sarıyeva Validə, məktəbin psixoloqu Qafarova Səbinə, məktəbin ingilis-dili metodbirləşməsinin sədri Hacıyeva Ofeliya və digər müəllimlər iştirak etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi