Məktəbəhazırlıq qruplarının ilk dərs günü

      Oktyabrın 1-də məktəbimizdə məktəbəqədər hazırlıq qruplarında ilk dərs günü qeyd edildi. Qeyd edək, ki həm Azərbaycan, həm rus bölməsində ümumilikdə 67 şagird təhsil alacaqdır. Həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəqədərhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və vərdişlərin formalaşdırılmasıdır.

      İlk dərs gününün həyacanını və sevincini 5 yaşlılar öz sevimli müəllimləri ilə yaşadılar. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Lalə Ələkbərova və İlyas Məmmədov 5 yaşlılar və onların valideynləri ilə ilk dərs günündə görüşdü, xoş arzularını bildirdilər.

      Qədəmləriniz mübarək, əziz balalar! Məktəbə ilk qədəmlərini qoyan fidanlara dərslərində uğurlar arzu edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi