15 sentyabr-Bilik günü

   15 sentyabr 2018-ci il tarixində məktəbimizdə “Bilik günü” qeyd olundu. Tədbirdə 1-ci sinfə qəbul olunan şagirdlər, onların valideynləri, 11-ci sinif şagirdləri, qonaqlar: Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının sədri Azər Quliyev, filoloqiya elmləri doktoru, professor Vüqar Əhməd, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Zəminə Əliqızı, bu il məktəbi bitirib, yüksək balnan ali məktəblərə qəbul olan məzunlarda iştirak etdilər.

    Tədbir Azərbaycan Dövlət Himni ilə başladı. Məktəbin direktoru Sevinc Budaqova məktəbin nailiyyətləri haqqında ətraflı çıxış etdi və 1-ci sinifləri, onların valideynlərini və məktəbin bütün kollektivini təbrik etdi.

    Tədbirin sonunda 1-ci sinfinə qəbul edilən şagirdlər Vətən, müəllimlər haqqında şeirlər söylədilər. Məktəbin öz fəaliyyət kollektivi rəqs etdilər, mahnı oxudular və sonda “İlk zəng” vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi