Pedaqoji Şura iclasi keçirildi

     Sentyabrın 14-də 2018-2019-cu tədris ilinin birinci pedaqoji şura iclası keçirildi. Gündəlik məsələlər ətrafında geniş məruzələr dinlənildi, təhlil edildi, çıxışlar əsasında müvafiq qərarlar qəbul edildi.

      Məktəbin direktoru ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri və 12 sentyabr 2018-ci il tarixində keçirilən təhsil işçilərinin sentyabr konfransında ümumtəhsil məktəblərinin qarşısında qoyulan məsələləri pedaqoji kollektivin nəzərinə çatdırdı.

     “Təhsildə keyfiyyət ilinin” davamı kimi pedaqoji kollektivin qarşısında qoyulmuş məsələlər ətrafında müzakirələr aparıldı.

      Məzunların respublikanın ali məktəblərinə qəbul göstəriciləri ilə pedaqoji kollektiv tanış oldu.

      Pedaqoji Şuranın sonunda məktəbin bir neçə müəlliminə beynəlxalq sertifikat və məktəbin “Fəxri fərmanı” təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi