Son Zəng

        Hər bir insanın həyatında bir ömür boyu unuda bilməyəcəyi, hər zaman sevinc göz yaşları ilə xatırlayacağı anlar olur. Bax belə anlardan biri də məktəb illəri zamanı yaşadığımız xoş xatirələr, heç zaman da unutmadığımız məzun olduğumuz “Son Zəng” günüdür. “Son Zəng” hər kəsin yaddaşında müxtəlif izlər buraxıb. Bu gündə iyunun 14-də məktəbimizdə "Son Zəng" tədbiri keçirilmişdir. 50 şagirdimiz məzun oldu.Tədbirdə müəllimlər, valideynlər və şagirdlər sevinc içində idilər. 

        Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Şagirdlərimizin ifasında müxtəlif rəqslər, şeirlər səsləndi. Səhnəyə 11 “A”, 11 “C” siniflərinin məzunları çıxıb, maraqlı çıxışlarını nümayiş etdirdilər. Oxudular, oynadılar, şeirlər, xoş sözlər deyildi və nəhayət son zəng çalındı. 
Sonra söz məktəbin direktoruna Sevinc Budaqovaya verildi. Məzunları və valideynləri övladlarının məktəbi bitirmələri münasibətilə təbrik etdi. Məktəbin nailiyyətlərindən ətraflı danışdı və 11-cilərin ali məktəblərə yüksək balla qəbul olmalarını arzuladı.
       Əziz məzunlarımız! Vətənə, millətə xeyirli övladlar olmanız arzusu ilə yolunuz açıq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi