Nağıllar aləminə səyahət

     İyunun 8-də məktəbimizin 1 "D" sinfinin sinif rəhbəri Şəfiqə  Atayeva  şagirdər ilə birgə "Nağıllar aləminə səyahət" adlı bayram tədbiri təşkil etdi. Bu bayramın keçirilməsi məktəbdə mühüm bir hadisədir. Biz birincilərin birinci dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi olduq. Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Valideynlərə övladlarının böyük auditoriya qarşısında çıxışına tamaşa etmək çox xoş idi. Bayram çox təntənəli və maraqlı keçdi. Şagirdlərin ifasında “Buratino”, Yatmış gözəl”,“Qırmızı papaq, “Ağca və 7 cırtdan”, “Zoluşka” və Azərbaycan nağıllardan səhnəciklər nümayiş etdirdilər.

     Sonda məktəbin direktoru Sevinc Budaqova, tərbiyə işləri üzrə direktor müavini Validə Sarıyeva və sinif rəhbərləri Şəfiqə  Atayeva  çıxış etdilər. Onlar şagirdlərə gözəl çıxışlarına görə minnətdarlıq bildirdilər və müvəffəqiyyətlər arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi