IX sinif valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi

    Iyunun 1-də IX sinif valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Məktəbin direktoru Sevinc Budaqova  IX sinif şagirdlərinin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarının I mərhələsindəki nəticələrin təhlilini edərək valideynlərə övladlarının gələcək təhsili ilə bağlı tövsiyələrini verdi. Valideynlərə təmayülləşmə ilə bağlı məlumat verilərək arzu və istəklərini bildirmələrinin zəruriliyi qeyd olundu. 

    Təlim – tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov cari dərs ilinin əvvəlindən indiyədək  IX sinif şagirdlərinin təlim keyfiyyətinin yoxlanması, yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışdı. Mütəmadi olaraq aparılmış sınaq qiymətləndirmələrin, monitorinqlərin nəticələrinin müqayisəli təhlilini edərək nəticələrlə valideynləri tanış etdi.

    Təşkilati işlər üzrə müavin Validə Sarıyeva ümumi təhsil kursu üzrə  təhsilini başa vurmuş  və təhsillərini peşəyönümü istiqamətində davam etdirmək istəyən şagirdlərin valideynlərinə peşə liseyləri ilə bağlı ətraflı məlumat verdi.

    Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi