1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

       1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.

      Bununla əlaqədar olaraq, iyunun 1-də məktəbimizin 6 “D” sinif şagirdləri və sinif rəhbərləri Yunatayeva Aidanın təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi.

      Tədbir Azərbaycan Dövlət Himni ilə başlandı. Şagirdlərin ifasında səhnəyə dünya dövlət nümayəndələri çıxıb öz dillərində hamını salamladı. Sonra rəngarəng, maraqlı səhnəciklər göstərildi, rəqs və musiqi nömrələr nümayiş olundu.

    Tədbirin sonunda söz verildi məktəbin direktoruna Sevinc Budaqovaya. Sevinc Budaqova 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar şagirdləri bir daha təbrik etdi və onlara yaxşı təhsil, sağlam həyat arzuladı, dövlətimizin qayğısının daimə onların üstündə olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi