“Şərəf tariximiz”

      Mayın 31-də 6 “B” sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Quliyevanın “Şərəf tariximiz” adlı “Açıq dərsi” keçirildi.

      Dərs cümhuriyyətimizin 100 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin 95 illiyi və 15 iyun Milli Qurtuluş günü şərəfinə təşkil olunmuşdu. Dərsin mövzusu Əkbər Qocayevin Heydər Əliyevə həsr etdiyi “Tanrının ərməğanı” əsəri idi. Müəllim fəal dərsin mərhələlərini düzgün təşkil etdi, texniki vasitələrdən, əyani vəsaitlərdən səmərəli şəkildə istifadə etdi. Şagirdlərin qiymətlədirilməsi yüksək səviyyədə təşkil olundu. Dərsdə şagirdlərdə Vətənpərvərlik hissləri aşılandı. Təbliğ olundu ki, müstəqilliyin əldə olunması heç də asan deyil.

      Bu il 100 yaşı tamam olan müstəqil dövlətimizi-igidlərimizin qanları bahasına, tarixi şəxsiyyətlərimizin gərgin əməyi sayəsində əldə olunan və bizə miras qalan bu ərmağanı qorumalıyıq. Məhəmməd Əmin Rəsulzadənin və digər cümhuriyyət qurucularının yaratdıqları, Ümummilli liderimiz Heydər Əliyevin möhkəmləndirib inkişaf etdirdiyi Müstəqil Azərbaycan Respublikasını dünya durduqca yaşatmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi