Açıq qapı günü

16 yanvar tarixində məktəbimizin akt zalında 2 məsələ ətrafında direktoryanı müşavirə keçirildi. Müşavirədə 2014-2015-ci dərs ilinin yekun hesabatı və 2015-2016-ci dərs ilində qarşıda duran vəzifələr müzakirə olundu. Müşavirənin əsas iştirakçıları valideyn icma üzvləri, sinif rəhbərləri və aktiv valideynlər idilər.Valideynlərə psixoloji dəstək məqsədi ilə məktəbin psixoloqu çıxışlar etdi və məktəbin ictimai fəaliyyətini öyrənmək və qiymətləndirmək məqsədi ilə "Anket sorğusu" keçirildi. Açıq qapı günündə həmçinin "Məktəb üzrə Valideyn İcma Sədri və müavini " seçildi. Eyni zamanda iclasda 5-9-cu siniflərdə qeyri-kafi və zəif oxuyan şagirdlərin tam müəyyənləşdirilməsi, onlarla ana dili və riyaziyyat fənnlərindən (hər fənn üzrə) 90 saatlıq proqram materiallaının hazırlanması və onlarla fərdi və qrup məşğələlərinin təşkili məsələsi müzakirə edildi. Məqsəd ana-dili və riyaziyyat fənnlərinin tədrisi keyfiyyətini daha da inkişaf etdirməkdir. İclasda valideynlərin fikirləri nəzərə alındı, məktəb həyatında və tədbirlərində fəal iştiraklarının təmin edilməsinin vacib olduğu vurğulandı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi