Poltava şəhərindən qonaqlarımız

     Mayın 23-də Ukraynanın Poltava şəhərinin Yuri Kondratük adına Poltava Milli Texniki Universitetinin rektoru Onişenko Volodimir Oleksandroviç, prorektoru Sivitska Svetlana Pavlovna və Ukraynanın Azərbaycan Respublikasında olan səfirliyinin nümayəndəsi Oleksandr Sençenko məktəbimizdə oldular. Qonaqlar məktəblə yaxından tanış oldular.

     Məktəbin konfrans zalında qonaqlar üçün tədbir təşkil olundu. Tədbir Azərbaycan və Ukrayna dövlətinin himni ilə başladı Şagirdlər  qonaqların qarşısında mahnı oxudular və milli geyimdə rəqs etdilər. Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış edib öz təşəkkürünü bildirdi. Ukrayna və Azərbaycan məktəblərini dostluq əlaqələrindən danışdı.

     Sonra qonaqlar yəhudi mənşəli uşaqların təhsil şəraiti, uşaq bağçası, yeməkxana ilə tanış oldular. Görüşdən qonaqlar çox razı qaldılar və dostluq əlaqələrinin davam etdiriləcəyini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi