“Narkomaniyaya qarşı mübarizə – Narkomaniyaya Yox Deyək!”

        

       XXI  əsrin ən fəlakətli xəstəliklərindən biri də narkomaniyadır. İllər boyu insanlar bu xəstəliyə qarşı mübarizə aparırlar. Bizim məktəbdə də  hər il bu məsələ barədə çoxlu inşa, rəsm  müsabiqələri və tədbirlər keçirilir. Mayın 22-də “Narkomaniyaya qarşı mübarizə, Narkomaniyaya Yox Deyək!” mövzusu keçirilən tədbirdə əsas məqsəd 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.

    Tədbirdən əvvəl “Narkomaniyaya qarşı mübarizə-Sağlam həyat tərzi” mövzusu ilə əlaqədar şagirdlərimizin yaradıcılıq işlərindən rəsm sərgisi təşkil olunmuşdur.

    Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev,Nəsimi rayon Polis İdarəsi rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi Vüsal Rüstəmov, “Məşədi Dadaş” məscidi dini icmasının rəhbəri Hacı Şahin Həsənov, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının sədri Azər Quliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova, Psixoloq Ülkər Hüseynova, məktəbin direktoru Sevinc Budaqova, şagirdlər, valideynlər və müəllimlər  iştirak etdilər.

       Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mühazirə ilə çıxış etdilər.

       Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olundu, şagirdlərin maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi