Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində “Açıq dərs” keçirildi

    Mayın 11-də məktəbin ingilis dili müəllimi Zeynalova Mətanət 8 “C” sinif şagirdlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində təqdimat xarakterli “Açıq dərs” keçirildi. “Açıq dərs”də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədov İlyas, ingilis dili fənni üzrə metodbirləşmə rəhbəri Babayeva Nüşabə, ingilis dili müəllimi Əsgərova Gülgəz və başqa fənn müəllimləri iştirak etdi.

    “Açıq dərs” Azərbaycan Dövlət Himni ilə başlandı. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyəti haqqında həm ingilis,həm rus dillərində ətraflı məlumat verdilər. “Açıq dərs”in yekununda şagirdlər Səməd Vurğunun “Azərbaycan” şeirinin müəyyən parçalarını Azərbaycan, ingilis, fransız, rus dillərində söylədilər və “Azərbaycan” mahnısını ifa etdilər.

    “Açıq dərs”in iştirakçılar tərəfindən ətraflı təhlil edildi, şagirdlərə və müəllimə müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi