Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd olunub

      Bu gün Ulu Öndər, dahi insan və böyük düha Heydər Əliyevin anadan olmasının 95  illiyi qeyd olunur. Bununla  əlaqədar məktəbimizin müəllim, valideyn və şagird kollektivi onun xatirəsini yad etmək üçün Heydər Əliyevin adını daşıyan parkda heykəlin önündə  toplaşmışdılar. Tədbir iştirakçılarının ifasında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndi.

      Məktəbin direktoru Sevinc Budaqova giriş sözü ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatı və keçdiyi rəşadətli ömür yolundan danışdı. İti zəkaya, mətin iradəyə malik olan Ümummilli lider Heydər Əliyev qurucusu olduğu Azərbaycanla qürur duyduğunu söyləyərək, onun gördüyü işlər haqqında məlumat verdi. Heydər Əliyev dövrü iqtisadiyyatın, mədəniyyətin, eyni zamanda, dövlət quruculuğunun qızıl dövrü idi. Onun parlaq xatirəsi insanların ürəyində daim qalacaq.

       Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva çıxış edərək söylədi

ki, Ümummilli lider Heydər Əliyev bütün ömrünü bir məşəl kimi öz xalqının işıqlanmasına həsr etdi. Heydər Əliyev Azərbaycan salnaməsində böyük  insan, qüdrətli, ziyalı bir şəxsiyyət kimi qaldı. Biz də bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçıları kimi Möhtərəm Prezidentimiz Ilham Əliyevin siyasətini dəstəkləyib, Azərbaycanımızın inkişafı və çiçəklənməsi  uğrunda  daha böyük işlər görməliyik.

       Azərbaycan  Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da öz ürək sözləri ilə tədbirimizə qatıldı. Öz çıxışında bildirdi ki, Heydər Əliyev kimi müdrik  şəxsiyyətlə bir dövrdə yaşamaq  böyük xoşbəxtlik idi. Heydər Əliyev bütün dünyada öz bənzərsiz siyasi dünyagörüşünə görə, əvəzolunmaz rəhbərlik qabiliyyətinə görə təkrarolunmazdır. Heydər Əliyev qazandığı bütün nailiyyətləri öz iti ağlı, dərin zəkası ilə qazanmışdır. Bununla da bütün digər prezidentlərdən fərqlənirdi.

      Yəhudi bölməsinin “VAAD-L’HATZOLA-AMERİKA”-yəhudi beynəlxalq humanitar təşkilatının Azərbaycan Respublikasının nümayəndəliyinin sədr müavini İsayev Zamir çıxış edərək bildirdiki Ümumilli lider Heydər Əliyev İsrael-Azərbaycan dostluğuna böyük önəm vermişdir və bizim məktəbimiz beynəlmiləl məktəbdir və bu da multikulturalizmliyin baris nümunəsidir.

      Sonda məktəbimizin 8”A”,9”B” yəhudi bölməsinin 8-11-ci sinif şagirdlərin ifasında Ümummilli liderə həsr olunmuş şeirlər və mahnılar səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi