Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya

   Aprelin 28-də məktəbimizin müəllimləri Mahmudova Elmira, Əliyeva Afət və Cəfərova Səadət məktəbin 4 “A” və 2 “B” sinifləri üçün Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya təşkil etdi.

    Ekskursiya şagirdlərdə mənəvi dinclik, özünəəminlik və şəxsiyyət xarakterini formalaşdırmaq məqsədi daşıyırdı. Burada məktəblilər tariximizi, ölkəmizdə yaşamış qədim insanların qayalar üzərində ibtidai yazı vərdişlərini, həyat tərzlərinin izlərini gördülər.

   Şagirdlər öncə Qobustan dövlət qoruğundakı muzeyi gəzdilər. Şagirdlərimiz məlumat monitorlarından istifadə edərək Qobustan qayalarının tarixi haqqında məlumat əldə edir, oyun monitorlarından istifadə edərək qədim təsvirlərlə müasir təsvirləri eyniləşdirir və muzeydəki eksponatlarla yaxından tanış olurdular. Muzeylə tanışlıqdan sonra şagirdlər Qobustan qayalarını gəzdilər və qədim insanların qayalar üzərindəki əl izləri ilə daha yaxından tanış oldular. Şagirdlər xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi